Bu mövzunu da nümunə üzərindən müqayisə edəcəm, nəticə çıxarmaq isə oxuyucaların işidir.:)
SEO və SEM – bunların hər birinin müsbət və mənfi tərəfləri var. Hər ikisinin də bir-birindən üstün cəhəti var.
SEO xidmətindən istifadə etmək fikrinə düşmüsünüzsə bunları bilməlisiniz: saytınız ilk aylarda axtarış saytlarında ön səhifədə görünməyə bilər, bu normaldır. SEO adətən 5-6 ay ərzində öz nəticəsini verir (bu rəqəm sahədən asılı olaraq dəyişə bilər, misalçün; turizmə aid saytdırsa 6 aya nəticə verəcək, meyvə-tərəvəz toxumlarının saytıdırsa 1-2 aya da nəticə verə bilər ). SEO uzunömürlüdür. Siz saytınızın üzərində işləməsəniz belə bir müddət hələ də saytınızı google.com-da ön sırada görə bilərsiniz. SEO-da həm texniki həm də məzmun işi var. Kənardan asan iş kimi görünsə də çox çətin işdir. Çox pul ödəyib SEM ilə aldığınız nəticənin 4-5 qat artığını az pul ödəməklə SEO vasitəsi ala bilərsiniz. Bəs SEO mütəxəssisi bu işə zəmanət verir mi? Bu haqda daha ətraflı məlumat almaq üçün SEO-da zəmanət məqaləsini oxuyun.
İndi isə keçək SEM-ə. Tutaq ki, şirkət saytının googleda ön sıralarda görünməsi üçün google adwordsə hər ay 4-5K $ pul ayırır. Pul qurtarandan sonra saytınız 1-ci səhifədə görünməyəcək. Həmçinin rəqibləriniz bu reklam xidmətinə daha çox pul ödəyirsə o sayt sizinkindən tez-tez google-da görsənəcək. SEM-də PPC – ə görə (Pay Per Click – yəni hər klikə görə ödəmə) pul ödənilir. Siz burada günlük büdcə təyin edə bilərsiniz. SEM-in tək müsbət tərəfi odur ki, saytınız dərhal google.com-da görsənəcək.
SEO Xidməti üçün müraciət edə bilərsiniz ==> SEO Xidməti