Xəlilsoy İnternet Biznes Akademiyası
Saytın hazırlanması, e-ticarət və SEO-nu bir yerdə öyrən. Mentorluğun sonunda əlində sadəcə bilik yox — hazır, işləyən bir onlayn layihə olur.
Elnur Xəlilsoy
Sənə nəzəri biliklər yox, e-ticarət, təhsil layihələri və startaplar qurub böyütdüyüm real təcrübəmdən gələn sistemi öyrədirəm. Mentorluq boyunca yalnız izləmirsən — addım-addım öz onlayn layihəni qurursan.
Qurduğum saytlardan birinə SEO ilə günə 12 mindən çox adam girir, ümumilikdə isə 200 mindən çox insan onu görüb. Bunları kitabdan oxuyub yox, öz əlimlə edib gördüyüm üçün eyni yolu sənə də göstərə bilirəm.
Başqa bir saytım isə cəmi 3 ayda 83 mindən çox klik və 2 milyondan çox baxış topladı. Bunu necə etdiyimi, addım-addım, heç bir sirr saxlamadan proqramda səninlə bölüşürəm.
Burada təkcə nəsə öyrənmirsən — kursun sonunda hazır, işləyən bir onlayn layihəyə sahib olursan.
Nəyi Öyrənmək İstəyirsən?
Hər şeyi birlikdə, yaxud yalnız sənə lazım olanı seç. Məsələn, təkcə sayt qurmağı, ya da sayt + SEO, ya da e-ticarət + SEO — seçim sənindir.
Maraqlandığın modulları seç
İstədiyin qədər modul işarələ — sonra birbaşa WhatsApp üzərindən müraciət et.
Hələ heç bir modul seçilməyib.
WhatsApp ilə Müraciət EtYazmaq istəməsən, birbaşa zəng et: +994 70 599 55 10
Proqramda Nəyi Öyrənəcəksən?
Hər modul real layihə üzərində praktiki şəkildə tədris olunur.
Saytın Hazırlanması
Peşəkar, sürətli və satışa hazır veb sayt qurmağı, təhlükəsizliyini və düzgün konfiqurasiyasını addım-addım öyrənirsən.
E-ticarət
Niş məhsulun necə tapılacağını, qiymət strategiyasını, onlayn satışı və ona aid praktiki məsələləri öyrənirsən.
SEO
Saytı Google-da üst sıralara çıxarmağın real, sınanmış taktikalarını və optimizasiya üsullarını mənimsəyirsən.
Öyrən, Qur, Sahib Ol
Real Təcrübə
Nəzəriyyə yox, mentorun öz layihələrində işləyən real bilik və sistem.
Birlikdə Qururuq
Öyrəndiyini eyni anda öz layihəndə tətbiq edirsən, mentorla addım-addım.
Hazır Layihə
Sonda əlində kurs sertifikatı yox — işləyən, gəlir gətirə bilən onlayn layihə olur.
Tələbələr Nə Deyir
Bir ay qabaq ağlımda qaranlıq məqamlar çox idi, amma indi mentorluğun sonunda özümü sənin sözün olmasın 10 ildi WordPress-də sayt yığan kimi hiss edirəm. Yəni öyrədə və ötürə bilmə bacarığın məni bu qədər özgüvənli etdi.
Xülasə, təşəkkürümü bildirmək istəyirəm. Bu təlimə başlayanda WordPress və SEO haqqında məlumatım məhdud idi, amma dərslər ərzində hosting seçimi və qurulmasından başlayaraq WordPress-in ən incə detallarına qədər hər şeyi sistemli şəkildə öyrəndim. Əlbəttə ki, tək sayt hazır etməklə iş bitmir, SEO-nu da qəşəng formada və öz taktikalarınla izah etməyin çox əla oldu.
Xüsusilə xoşuma gələn məqam odur ki, dərslər saytla yanaşı, həm də saytın təhlükəsizliyi, düzgün konfiqurasiyası və peşəkar yanaşma prinsiplərini, sonrasında da SEO ilə bağlı oldu. Bu da əlbəttə ki, sayt və sonra işləməsi ilə bağlı bir çox əsas məqamı özündə birləşdirir, yəni universitet dilində desəm sillabus çox genişdir.
Hazırda istədiyim tip saytları rahat şəkildə qura bilirəm və qarşıma çıxan problemləri həll etməkdə özümə güvənirəm. Bu bilik və təcrübəni qazanmağımda sənin izah tərzinin, aradakı maraqlı söhbətlərin böyük rolu oldu. Əməyinə və paylaşdığın dəyərli biliklərə görə təşəkkür edirəm.
Tez-tez Verilən Suallar
Xeyr. Yalnız sənə lazım olan modulları seçə bilərsən. Məsələn, təkcə saytın qurulmasını, ya da sayt + SEO, yaxud e-ticarət + SEO. Yuxarıdakı seçim bölməsindən istədiyin kombinasiyanı işarələ və müraciət et.
Bəli. Proqram sıfırdan başlayanlar üçün nəzərdə tutulub. Hər mövzu sadədən mürəkkəbə doğru, praktiki nümunələrlə izah olunur və sən öz layihəni addım-addım qurursan.
Sadəcə bilik deyil — kursun sonunda real, işləyən bir onlayn layihəyə sahib olursan. Mentorluq boyunca həmin layihəni birlikdə qurub işə salırıq.
Mentorluq formatında, fərdi yanaşma ilə. Hər addımda öyrəndiyini öz layihəndə tətbiq edirsən. Detallı format və qrafik haqqında WhatsApp üzərindən müraciət etdikdə məlumat verilir.
Yuxarıdakı bölmədən maraqlandığın modulları seç və "WhatsApp ilə Müraciət Et" düyməsini bas. Mesajın başında seçdiyin mövzular avtomatik yazılacaq — sadəcə göndər, qalanını birlikdə danışarıq.
Onlayn Layihəni Bu Gün Qurmağa Başla
Maraqlandığın modulları seç və birbaşa WhatsApp üzərindən müraciət et. İlk addımı birlikdə ataq.
Modulları Seç və Müraciət Et →



