İxtisas.az
Abituriyentlər üçün ixtisas seçimi platforması: bal hesablayıcı, ixtisas bazası və Aİ məsləhətçi.
Müştəri suallarına cavab verən chatbot, sifarişləri qəbul edən Telegram bot, hər gün kontent hazırlayan agent — təkrarlanan işləri sistemə ötürün, komandanız əsas işə fokuslansın.
Hazır şablon yox — sizin iş prosesinizə, məlumatlarınıza və dilinizə uyğunlaşdırılmış sistemlər.
Məhsul, xidmət və qiymətlərinizi bilən, müştəriyə dərhal cavab verən və müraciəti qeydə alan köməkçi.
Sifariş qəbulu, randevu, status sorğusu və bildirişlər — müştəri yazdığı kanalda cavab alır.
Mənbələri izləyən, unikal məqalə və məhsul təsvirləri hazırlayan, SEO meta yazan və saytda dərc edən agentlər.
Saytdan, formdan və mesajlardan gələn müraciətlər təsnif olunur, CRM-ə düşür və cavabdeh şəxsə ötürülür.
Sənəd, CV, qaimə və cədvəllərdən məlumatı çıxarır, strukturlaşdırır və sistemə yazır.
Satış, trafik və müraciət datasından avtomatik həftəlik xülasə və tövsiyələr — Telegram-a və ya mailə.
Saytınız, kataloqunuz, FAQ, Google Sheets, CRM və ya mesajlar — sistem sizin datanızla işləyir.
Sualı anlayır, uyğun cavabı seçir, mətni yazır və ya müraciəti təsnif edir. Qaydaları və tonu siz təyin edirsiniz.
Cavab müştəriyə, məqalə sayta, müraciət CRM-ə, bildiriş isə Telegram-a gedir. Hər addım loglanır.
Abituriyentlər üçün ixtisas seçimi platforması: bal hesablayıcı, ixtisas bazası və Aİ məsləhətçi.
SEO auditi və Aİ axtarışında görünürlük platforması — saytın texniki vəziyyətini yoxlayır və tövsiyələr verir.
Hansı iş təkrarlanır, harada vaxt itir — avtomatlaşdırmanın real faydasını hesablayırıq.
Qısa müddətdə sizin data ilə işləyən ilk versiya hazırlanır və birlikdə sınaqdan keçirilir.
Sayt, Telegram, WhatsApp, CRM və digər sistemlərə qoşulur, icazə və limitlər təyin olunur.
Cavabların keyfiyyəti izlənir, bilik bazası yenilənir, sistem işlədikcə dəqiqləşir.
Hər biznesdə gün ərzində eyni suallara cavab vermək, müraciətləri qeydə almaq, məhsul təsvirləri yazmaq, hesabat hazırlamaq kimi təkrarlanan işlər var. Aİ sistemləri bu işləri sürətli, dəqiq və günün istənilən saatında görür. Nəticədə müştəri gözləmir, komanda isə vaxtını satışa və inkişafa sərf edir.
Müasir chatbot sizin kataloqunuzu, qiymətlərinizi və qaydalarınızı bilir. Müştəri «Bakıda çatdırılma neçə günə olur?» və ya «bu modelin qarantiyası var?» soruşduqda dəqiq cavab verir, lazım gələndə telefon nömrəsini alıb menecerə ötürür. Beləliklə gecə gələn müraciətlər də itmir.
Xəbər, elan və e-ticarət saytlarında kontentin həcmi trafikə birbaşa təsir edir. Kontent agentləri mənbələri izləyir, təkrarları ayırır, unikal mətn, başlıq və meta təsvir hazırlayır, saytda dərc edib sitemap-ı yeniləyir. Redaktor isə yalnız yoxlayıb təsdiqləyir. Bu yanaşma SEO strategiyası ilə birlikdə işlədikdə ən yaxşı nəticəni verir.
Ən effektiv yol bir prosesdən başlamaqdır: məsələn, saytdakı müraciətləri Telegram-a ötürən bot və ya ən çox verilən 30 suala cavab verən chatbot. İlk nəticəni gördükdən sonra sistemi genişləndirmək asandır.
Hansı işinizi avtomatlaşdırmaq olar? Yazın — prosesinizə baxıb real faydanı hesablayaq.