Web Engineering meets Search Intelligence.
Biz sayt quran və onu Google-a çıxaran komandayıq. Kod, SEO və avtomatlaşdırmanı bir yerdə düşünürük — çünki nəticə məhz onların kəsişməsində yaranır.
15 ilə yaxındır informasiya texnologiyaları sahəsində fəaliyyət göstəririk və bu müddət ərzində müxtəlif sahələr üzrə yüzlərlə uğurlu layihəyə imza atmışıq. Komandamız SEO optimizasiya, veb saytların hazırlanması, İT dəstək xidmətləri və bizneslərin rəqəmsal idarəetmə sistemlərinin qurulması üzrə peşəkar həllər təqdim edir.
Fəaliyyətimiz klinikalar, mağazalar, xidmət obyektləri və müxtəlif biznes strukturları üçün xüsusi proqram təminatlarının hazırlanması və inteqrasiyasını əhatə edir. Məqsədimiz yalnız texniki həll yaratmaq deyil, eyni zamanda biznes proseslərini daha səmərəli, idarəolunan və nəticəyönümlü hala gətirməkdir.
Hər bir layihəyə fərdi yanaşır, müasir texnologiyalardan istifadə edərək etibarlı və uzunmüddətli sistemlər qururuq. SEO xidmətlərimiz saytların axtarış sistemlərində daha yüksək mövqe qazanmasına, veb inkişaf sahəsində isə güclü və istifadəçi dostu platformaların yaradılmasına xidmət edir.
Əsas prinsiplərimiz keyfiyyət, etibar və davamlı inkişafdır. Hədəfimiz müştərilərimizə real dəyər yaradan və bizneslərini rəqəmsal mühitdə daha güclü edən həllər təqdim etməkdir.
İT təcrübəsi
Veb, SEO və sistem inzibatçılığı.
Sayt və sistem
Hazırlayıb istifadəyə verdiyimiz layihələr.
Açar söz
Google-da ilk sıralara çıxarılan.
Çoxdilli
az, en, tr, ru saytlar.
Necə düşünürük
Nəticə rəqəmlə ölçülür
Hər işin uğuru Search Console, analitika və satış rəqəmləri ilə ölçülür — təəssüratla yox.
SEO əvvəldən daxildir
Sayt bitəndən sonra SEO «əlavə edilmir» — URL strukturu, sürət və schema ilk gündən planlaşdırılır.
Uzunmüddətli tərəfdaşlıq
Təhvildən sonra da yanınızdayıq: dəstək, yeniləmə və davamlı optimizasiya.
İşlədiyimiz alətlər
Layihənin ehtiyacına görə seçirik: sürət və SEO üçün yüngül server tərəfli həllər, böyük platformalar üçün çevik arxitektura.
Müştərilərimiz nə deyir
Əməkdaşlığımız müddətində şirkət tərəfindən göstərilən xidmətdən ancaq həzz almaq olar. Operativ və yüksək keyfiyyətli icra, saytın təkmilləşdirilməsi üzrə təkliflər, məlumat mübadiləsi, səbr, təmkin və müştəri yönümlülüyü — başqa partnyor axtarmamağımızın əsas səbəbləri bunlardır.
İki fərqli biznesim üçün SEO xidməti almışam və hər iki layihədə nəticələr gözləntilərimi doğrultdu. İş yalnız texniki optimizasiya ilə məhdudlaşmadı — strateji yanaşma, düzgün açar söz seçimi və davamlı analiz prosesi quruldu.
"Xəlilsoy" ilə əməkdaşlığımızdan çox məmnunuq, developerlərin peşəkarlıq səviyyəsi yüksəkdir. Xüsusən iş prosesi ərzində verdikləri tövsiyələr çox effektivdir.
Peşəkarlarla işləmək həqiqətən vaxt itkisini azaldır və insana zövq verir. Operativ, dəqiq, artıq sual-cavab olmadan, bir kəlmə ilə fikrimizi anlayan komanda.
Şirkət nümayəndələri danışdığımız deadline-lara uyğun şəkildə işi təhvil verdilər. Müqavilə müddəti bitməsinə baxmayaraq suallarımıza və texniki dəstəyə operativ reaksiya verirdilər.
Saytınızı Google və digər axtarış sistemlərinin 1-ci səhifəsində görmək istəyirsinizsə, mütləq müraciət edin. Onlar bunu həm vəd edir, həm də bacarır.
Saytımızı tez bir vaxtda hazırlayıb Google-a sürətli şəkildə əlavə etdiyiniz üçün "Xəlilsoy"-a təşəkkür edirəm!
Bizi diqqətlə dinləyib, saytın funksionalı ilə bağlı bütün istəklərimizi nəzərə aldılar. Bütün işlər vaxtında təhvil verildi.